SALEH MƏMMƏDOVUN 22 YAŞLI OĞLU LONDONDA NECƏ MİLYONÇU OLDU? - Şok faktlar
- Ətraflı
- Yaradılıb 07.02.2019 14:50
- Baxış sayı: 29
Ötən araşdırmamda Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin Avstriyanın paytaxtı Vyanada Sübhan Məmmədli adlı şəxslə şərikli şirkət açdığı barədə məlumat açıqlamışdım.
Sənədlərə əsasən adıçəkilən şəxslər 22 iyul 2017-ci il tarixdə Vyana ədliyyəsində 30 min avro nizamnamə kapitalı və FN 457017 i saylı lisenziya ilə S.M.A.N Business Solutions GmbH şirkətini qeydiyyatdan keçiriblər. Hazırda şirkət Kaiser-Ebersdorfer Straße 81/1 Wien ünvanında qeydiyyatdadır. Nizamnamə üzrə fəaliyyət dairəsi daşınmaz əmlak, tikinti və ticarət sahələrini əhatə edir. Ziyəddin Əliyev bu şirkətdə Çexiyada sahib olduğu Az-Servis NR s.r.o. üzrindən 51 faiz payla şərikdir.
Şirkəti idarə edən şəxsin, yəni kimliyi barədə qısa da olsa məlumat vermişdim. Bəs icra başçısının Avstriyadakı şəriki kimdir?
Demə 56 yaşlı icra başçısının şəriki 22 yaşlı gənc imiş. Şirkət açarkən isə onun 20 yaşı vardı. Azərbaycanın “şanlı” məmurlarından birinin 22 yaşlı milyoner oğlu!
20 yaşında Avstriyada, 21 yaşında İngiitərədə şirkət açır, Londonun zənginləri sırasında ən gənc milyonerlərdən biri kimi tanınır. Təbii ki, o nə Şpiegel, nə Zukerberq, nə də “Stripe”nin sahibidir. O, korrupsiyanın əsas subyektlərindən biri kimi cəmiyyətdə haqlı şübhələr doğuran Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğludur. Saleh Məmmədovla Ziyəddin Əliyev uzun illərdən bəri “Azəravtoyol”da işləyiblər və yaxın dostluq münasibətləri var.
Arayış: Məmmədov Saleh Ərşad oğlu 1958-ci ildə Tərtər rayonunda anadan olub. Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev kimi o da uzun illər yol təsərrüfatında çalışıb. 2015-ci ildən Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC sədrinin birinci müavini, daha sonra Səhmdar Cəmiyyətin sədri olub.
21 dekabr 2017-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2016-cı il dekabr ayının 1-dən həm də Azərbaycan Həndbol Federasiyasının prezidentidir.
Saleh Məmmədovun oğlu Sübhan Məmmədli 2015-ci ildən indiyə kimi Londondakı King’s College-də təhsil alır. Təbii ki, digər məmur balaları kimi məmur atalarının geniş imkanları hesabına…
Gözəl, amma əslində təhsilmi alırlar? Azərbaycan məmurları ilə bağlı araşdırmalara dayanaraq bu fikri qəti söyləmək olar ki, onların övladlarının böyük əksəriyyəti Avropa ölkələrinə təhsil adı ilə taladıqları sərvətləri daşımaq məqsədilə üz tuturlar.
Necə ki, Dövlət Dəmir Yollarının rəsinin 2015-ci ildə Londona təhsil almağa yollanan oğlu 20 yaşında Vyanada, 21 yaşında Londonda “biznes qurur”.
Britaniya ədliyyəsinə aid reyestr sənədlərinə görə, 1997-ci il təvəllüdlü Sübhan Məmmədli 2018-ci ilin dekabrın 13-də Londonda fəaliyyət göstərən SPLENTO LTD şirkətinin hissələrini alır və şirkətə şəriklik hüququ əldə edir. 18 may 2015-ci ildən fotoqrafiya sahəsində fəaliyyət göstərən şirkət (q eydiyyat nömrəsi 09595739) Londonun mərkəzində, Air Street 20 ünvanında yerləşir.
Sübhan Məmmədlinin şəriki isə 1981-ci il təvəllüdlü Estoniya vətəndaşı Roman Griqorievdir.
Sənədlərdə Saleh Məmmədovun oğlunun Londonda, Camellia House, Queenstown Road 338 ünvanında daimi qeydiyyatda olduğu göstərilir.
Camellia House Londonun ən elit və bahalı yaşayış ünvanlarından hesab olunur. Burda 1 otaqlı apartmanların qiyməti 1,5 miyon funt sterlinqdən, yaxud 2 milyon dollardan başlayır .
Sənədlərə görə 2018-ci il dekabrın 11-də yeni sərmayədarın şirkətə ortaqlığı il əlaqədar bəyannamə təqdim olunur. Sənəddə 1 milyon 131 min 779 funt sterlinq kapitalla göstərilir. Bundan iki gün sonra, dekabrın 13-də isə Sübhan Məmmədlinin şirkətə şəriklik hüququ rəsmiləşdirilir.
Beləliklə, 21 yaşlı məmur oğlu Londonun ən iri fotoqrafiya şirkətinin sahiblərindən olur.
Bu onun “uğur” hekayəsidir, nə yoğurdu, yə yapdı…
Bu “uğurlar”ın altında Nobel çökür, Babək çökür, Bakı çökür…bütün ölkə çökür…
Cavanşir Həsənli, müstəqil jurnalist (Yazı müəllifin feysbuk hesabından götürülüb).
P.S. Yazıdakı iddialarla bağlı Saleh Məmmədovun və oğlu Sübhan Məmmədlinin də mövqeyini işıqlandırmağa hazırıq.(gundemxeber.az)
Dosye.org
Xəbər Lenti
- 22.02.2019 İşgəncələrə Qarşı Azərbaycan Komitəsi daha 5 rayon polis idarəsində monitorinq keçirdi
- 22.02.2019 Azərbaycanlı müğənni ermənilərin dəvət aldığı toyda elə rəqs etdi ki...
- 22.02.2019 Araz Abdullayev əvəzedici komandaya göndərildi
- 22.02.2019 Çeçen-azərbaycanlı davasının səbəbkarı Moskvadan qaçdı
- 22.02.2019 Mehman Əliyevə vəzifə verildi - RƏSMİ
- 22.02.2019 Azərbaycan konfetləri Ermənistanda çaşqınlığa səbəb oldu
- 22.02.2019 Laçından ŞOK MƏKTUB: Təhsil şöbəsini Malik Vəliyevdən xilas edin
- 22.02.2019 Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin Avropa biznesi – FOTOLAR
- 22.02.2019 Azərbaycanda 19 yaşlı ana doğuş zamanı ölüb
- 22.02.2019 Ucar rayon Pambıq emali zavodunun direktoru Həsən Şahverdiyevun korrupsiya cinayəti
- 22.02.2019 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iki TƏYİNAT
- 22.02.2019 Yevlaxda fermanın keşikçisi güllələnərək qətlə yetirilib
- 22.02.2019 "Qurban Qurbanov futbolçu kimi böyüməyimə birbaşa təsir edib" - Aqolli
- 22.02.2019 Sumqayıtdakı qəza ilə bağlı CİNAYƏT İŞİ başlandı
- 22.02.2019 "Onu Allaha həvalə edirəm" - Damla intim görüntüdən danışdı
- 22.02.2019 Afiq Səfərov "Azərsun"dan getdi
- 22.02.2019 Yasamalda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
- 21.02.2019 “Sosial şəbəkə tankdan qorxulu silahdır” - Polad Bülbüloğlu
- 21.02.2019 “Nar” sosial layihələrini bu il də davam etdirəcək
- 21.02.2019 Orta məktəbin qadın müəllimləri arasında dava: cinayət işi başlanıldı
- 21.02.2019 Nazarbayev Qazaxıstan hökumətini istefaya göndərdi
- 21.02.2019 Ev qadını idi, birdən-birə həyatı dəyişdi - 80 işçisi var
- 21.02.2019 Sumqayıtdakı qəzada yaralılardan biri hamilədir - RƏSMİ AÇIQLAMA
- 21.02.2019 Kadırova sui-qəsd hazırlayan çeçen “Neolit” olayında
- 21.02.2019 Millimizin üzvü Çexiyanın yüksək liqa klubunda
- 21.02.2019 Məhkəmədə hakim və prokurora hücum etdi
- 21.02.2019 Sumqayıtda başçının 1-ci müavini bağça müdirinin evini banka girov qoydurub- BİABIRÇILIQ
- 21.02.2019 Azərbaycan sosial şəbəkələr necə tənzimlənəcək?
- 21.02.2019 Ziyafət Əsgərov: “Azərbaycanda təhqir və böhtana görə cəzalar sərtləşdirilə bilər”
- 21.02.2019 Sabirabad Rayon Səfərbərlik Və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətində Bayrağımız Zibilə Büküldü….
- 21.02.2019 Dünya futbol ulduzları Bakıya gəlir
- 21.02.2019 “Problemli kreditlərlə bağlı banklar güzəşt etməlidir” - Deputat
- 21.02.2019 “Neolit”dəki davanın səbəbkarı olan çeçen bloger terrorçuluqda təqsirləndirilir
- 21.02.2019 İnternat evinin məzunlarını mənzil adı ilə kim aldadıb? - GİLEY
- 21.02.2019 Mustafa Hacıbəyliyə hökm oxundu
- 21.02.2019 "Sağlam həyat- Sağlam gələcəkdir"- Quba polisi
- 21.02.2019 Arif Əsgərovun xaricdəki şirkətləri əlindən alınıb
- 21.02.2019 Bakıda ailə faciəsi - Bir ailənin 4 üzvü yandı, 1 yaşlı uşaq öldü