Bara girmək üçün pizza vermək istədi

Bara girmək üçün pizza vermək istədi

Amerikanın Massaçusete ştatında yerli bara daxil olmaq istəyən bir qız şəxsiyyət vəsiqəsi yerinə bir dilim pizza vermək istəyib. Bu barədə 25 noyabrda “The Telegraph” yazıb.

Yerli universitetlərdən birinin tələbəsi olduğu güman edilən qız bununla da barın mühafizəçisinə guya öz yaşını bildirmək istəyib. Amma müəssisə əməkdaşı yeməyi sənəd qismində qəbul etməkdən imtina edib. Çünki içəridə alkoqollu içkilər satılır və içəri girmək üçün yaş məhdudiyyəti var. Rədd cavabı alan qız bar mühafizəçisinin üzünə yumruq atıb. Güman edilir ki, gənc qızın bu hərəkətlərinə onun həddən artıq sərxoş vəziyyəti səbəb olub. Barın ortaqlarından olan Rasif Rafik qıza təhsil həyatında uiğurlar arzulayıb. “Tələbə vaxtı bizim də həyatımızda elə tədbirlər olub ki, onların nəticəsi barədə biz sonradan peşman olmuşuq”.

Amerikada 21 yaşına qədər insanların alkoqollu içki alması qadağan edilib.

Dosye.org

COMMENTS