Barak Obama İŞİD-i hədələdi

ABŞ prezidenti Baraka “İslam Dövləti”(əvvəlki adı İraq Şam İslam Dövləti –İŞİD) terrorçu qruplaşmasının amerikalı jurnalist Cim Foulinin başını kəsməsinə kəskin reaksiya verib. Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, Ağ Ev rəhbəri bütün dünyanın bu xəbərlə silkələndiyini bildirib.

 

ABŞ lideri başı kəsilən jurnalistin ailəsi ilə əlaqə saxladığını və onların kədərini bölüşdüyünü deyib.

Barak Obamanın sözlərinə görə İŞİD-in bəyanatlarının dinlə heç bir əlaqəsi yoxdur. “Bunların etdikləri onu göstərdi ki, onların qurbanları elə müsəlmanlar özləridir. Din isə günahsız insanları öldürməyi öyrətmir. Bu cür təşkilatların müasir dünyada yeri yoxdur”. ABŞ dövlət başçısı əminliklə vurğulayıb ki, İŞİD kimi təşkilatları iflas gözləyir. ABŞ rəhbəri onu da söyləyib ki, dünya İŞİD və bu qəbildən olan terrorçu birliklərlə birgə mübarizə üçün razılığa gələ bilər.

Qeyd edək ki, “İslam Dövləti” adlı terrorçu qruplaşmanın 2012-ci ildən Suriyada itkin düşən amerikalı jurnalist Cim Foulinin başını kəsən kadrları yayımlanıb. Bəzi versiyalara görə isə jurnalistin başını kəsən ingilisdir.

COMMENTS