Top.Mail.Ru

“Barselona” Messiyə 33 milyon avro mükafat verəcək

“Barselona” Messiyə 33 milyon avro mükafat verəcək

İspaniya “Barselona”sı gələn il kluba sadiq olduğuna görə argentinalı hücumçu Lionel Messiyə əlavə mükafat verəcək.

Dosye.org xəbər verir ki, bu barədə “ESPN” telekanalı məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, mükafatın məbləği 33 milyon avro olacaq.

Qeyd olunub ki, 2017-ci il müqaviləsində nəzərdə tutulan bonusun ümumi məbləği 66 milyon avrodur. Argentinalı futbolçu mükafatın ilk yarısını fevral ayında alıb.

DOSYE.ORG

COMMENTS