Bartomeu yenidən “Barselona” prezidenti oldu

İspaniyanın “Barselona” klubunda prezident seçkiləri olub.
Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, seçkilərin rəsmi nəticəsi açıqlanmasa da, exit-pollun nəticəsinə əsasən bəlli olub ki, Xosep Bartomeu yenidən prezident seçilib.
 
O, seçicilərin 49.5 %-nin səsini qazanıb. Bartomeunun ən yaxın rəqibi Xuan Laporta isə 36.6 %-də qalıb.
 
Yaxın saatlarda nəticələrin rəsmən açıqlanacağı gözlənilir.

 

COMMENTS