Baş daşları oğurlandı

Bakıdakı qəbiristanlıqlardan birində tuncdan hazırlanmış büst oğurlanıb.

Dosye.org Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, N.Şükürov küçəsi, 2 ünvanında yerləşən Keşlə qəbiristanlığında qeydə alınıb. Paytaxt sakini, 1966-cı il təvəllüdlü Ataxan Hüseynov (adlar və soyadlar şərtidir) Xətai Rayon Polis İdarəsi, 37-ci polis bölməsinə müraciət edərək vəfat etmiş həyat yoldaşı üçün düzəltdirdiyi tunc büstün oğurlandığını bildirib.

A.Hüseynov qeyd edib ki, həyat yoldaşı 2012-ci ildə dünyasını dəyişib və onun qəbri üzərində büst qoydurub. Bu günlərdə qəbiristanlığa gedərkən büstün oğurlandığını görüb. Tuncdan hazırlanan büstün ümumi dəyəri 10 min manatdan artıqdır.

Faktla bağlı araşdırmalar aparılır.

COMMENTS