Baş həkim rayonda hegamonluq edir

Dosye.org saytında İsmayıllı rayonundan olan şikayətçi Məhəmmədli Ayşən İntiqam qızının məktubunu dərc etmişdik.

Bir daha nəzərinizə çatdıraq ki,  Səhiyyə Naziri cənab Oktay Şirəliyevin qəbulunda olan şikayətci Məhəmmədli Ayşən İntiqam qızı nazirdən kömək diləmiş, nazirdə öz növbəsində məsələnin həlli üçün birbaşa baş kəkimə göstəriş vermişdir. Bu gün günorta saatlarında Ayşən xanımın anası mənim bizimlə telefon əlaqəsi yaradaraq inanılmaz açıqlamalar verdi. Onun dediyinə görə xəstəxananın baş həkimi onu yanına cağıraraq hədə -qorxu gəlib:

“Baş həkim özü məni otağına çağırtdırmışdı. Mənə hədə-qorxu gəldi, səni məhkəməyə verəcəm, rəisə verəcəm, gör sənin başına nə oyun açdıracam deyə məni hədələdi. Telefonu götürüb harasa zəng etmək istəyirdi, mən də ona nə bilirsən elə deyib otaqdan çıxdım. Məni hədələdiyinə görə, öz hesabıma məzuniyyət götürəcəyəm və lazımı orqanlara şikayət edəcəyəm”.

Nəzərinizə çatdırıram ki, Ayşən xanımın anası həmin xəstəxanada işləyir. Dəhşətlisi budur ki, rayonun baş həkimi çəkinmədən vəzifə səlahiyyətlərini aşaraq vətəndaşı hədələyir. İnanırıq ki, İsmayıllı rayonun da baş verən qanunsuzluqlar Səhiyyə Naziri Oktay Şirəliyev tərəfindən nəzarətə götürüləcək.

Əmrah Cəfərov

Dosye.org

 

COMMENTS