Baş məşqçi istefaya göndərildi – Yerinə Murad Musayev gəlir?

Baş məşqçi istefaya göndərildi – Yerinə Murad Musayev gəlir?

“Sabah”ın keçmiş baş məşqçisi Murad Musayev yenidən “Krasnodar”a qayıda bilər.

QOL.az “RB Sport”a istinadən xəbər verir ki, klub bununla bağlı mütəxəssislə ilkin danışıqlar aparıb. Bildirilir ki, 40 yaşlı mütəsəsis bu mövsümün sonuna qədər sabiq klubu ilə müqavilə bağlaya bilər. Hazırda Musayevin Krasnodarda yaşadığı bildirilir.

Rusiyanın “Sport-ekspress” nəşrinin yazdığına görə, “Krasnodar”ın baş direktoru Vladimir Xaşiq Musayevin namizədliyini dəstəkləyir.

Qeyd edək ki, bu gün “Krasnodar” rəsmi açıqlama yayaraq, baş məşqçisi Vladimir İviçlə müqaviləni ləğv etdiyini bildirib. Hazırda komanda Rusiya Premyer Liqasında 20 oyundan 39 xalla 2-ci yeri tutur və lider “Zenit”dən 1 xal geri qalır.

Musayev fevralda “Sabah”dan ayrıldıqdan sonra işsizdir. Azərbaycan komandasındalı fəaliyyətinə qədər o, “Krasnodar”a rəhbərlik edib.

COMMENTS