Baş məşqçisi Şeydayev haqda – “Hücumçu qol vurmalıdır”

Baş məşqçisi Şeydayev haqda – “Hücumçu qol vurmalıdır”

Rusiyanın “Dinamo” (Moskva) klubunun baş məşqçisi Dmitri Xoxlov millimizin hücumçusu Ramil Şeydayevin “Lokomotiv”lə oyundakı çıxışını dəyərləndirib.

Qol.az xəbər verir ki, o ötən gün Rusiya Premyer Liqasının 6-cı turunda keçirilən Moskva derbisində 90 dəqiqə meydanda olan Şeydayevin qənaətbəxş oynadığını bildirməklə yanaşı ondan qol gözlədiyini də deyib:

“Ramil meydanda tələb olunan işi yerinə yetirir. Bəli, onda hələ hər şey alınmır, hücumçu qol vurmalıdır. Ancaq düşünürəm ki, bu da keçəcək”.

Xatırladaq ki, görüş “Lokomotiv”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Şeydayev bu matçda fərqlənə bilməyib. Ümumimlikdə isə 23 yaşlı forvard bu mövsüm Rusiya Premyer Liqasında 5 oyun keçirib və bir qol ötürməsi ilə yadda qalıb.

DOSYE.ORG

COMMENTS