Baş mühasib özünü asdı

İyulun 178-də günorta saatlarında Şirvan şəhər sakini özünü asaraq intihar edib.

Şirvan şəhəri Natəvan küçəsi 61 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Kərimov Rəmzi Elxan oğlu özünü həyətində yerləşən üzüm çardağından asaraq intihar edib. 

Məlumata görə, intihar edən şəxs “Azərbaycan Dəmir Yolları” QSC-nin Şirvan şəhərində yerləşən idarələrindən birində baş mühasib vəzifəsində çalışırmış. 

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır (APA)

COMMENTS