Baş nazir qadağan etdi

İraqın baş naziri Heydər əl-Abadi ölkənin yaşayış olan məntəqələrinə hava zərbələri endirməyi qadağan edib.

Baş nazir bu barədə ölkədaxili yerdəyişmələrlə bağlı keçirilən konfransda bildirib: “Mən əmr etmişəm ki, dinc əhalinin yaşadığı şəhərlər üzərində bombardman dayandırılsın. Günahsız qurbanların sayının artmasını istəmirik. Hökumət dayanmayacaq və “İslam dövləti”nə qarşı mübarizəsini davam etdirəcək”.

Heydər əl-Abadi əlavə edib ki, avqust ayında İraqda qarşıdurmalardan ölənləri sayı 1420-yə çatıb, bunun da çoxu dinc sakinlərdir.(APA)

COMMENTS