Top.Mail.Ru

Baş nazir təyyarə döşəməsində  yatdı…-FOTO+VİDEO

Baş nazir təyyarə döşəməsində  yatdı…-FOTO+VİDEO

İsrail baş naziri Binyamin Netanyahunun təyyarənin döşəməsinə qoyulmuş döşəkdə yatarkən çəkilmiş foto-şəkili yayılıb.

dosye.org-un İsrail mediasına istinadla yaydığı xəbərə görə, olay İsrail hökumətinin başçısı bir nümayəndə heyəti ilə birlikdə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə sülh müqavilələrinin imzalandığı Vaşinqtondan geri dönərkən baş verib.
Netanyahunun yaxın adamlarından birinin çəkdiyi foto-şəkil dərhal sosial şəbəkələrdə gündəmə dönüb.
Fotoda yəhudi hökumət başçısının əlində bir kitab tutaraq yan tərəfində uzandığı görünür. Gözlüyünün  kitabın açıq səhifələri üzərində olmasına baxanda Netanyahunun kitab oxuya-oxuya yuxuya getdiyi bəlli olur.
Sultan Laçın

COMMENTS