Baş nazirdən şok iddia: “ABŞ-ın İraqdakı silahları İŞİD-in əlinə keçib”

ABŞ-ın İraqdakı silahları “İraq və Şam İslam Dövləti”nin (İŞİD) əlinə keçib.

 

Belə bir şok iddianı Türkiyən baş naziri Əhməd Davudoğlu irəli sürüb.

Onun söylədiyinə görə, ABŞ-ın İraqda qoyduğu bütün müasir silahlar İŞİD-in əlindədir. O, eyni zamanda Bəşər Əsədlə ölkədə gedən müharibəni zamanla müzakirə etdiklərini bildirib: “Bəşər Əsədə anlatdıq. Anlamadı, dinləmədi. Demək olar ki, ona yalvardıq islahatlar aparsın. Dinləmədi bizi”.(Azvision.az)

COMMENTS