Baş Polis İdarəsi mitinqlə bağlı məlumat yaydı

Bakı şəhər Baş Polis İdarəsi bugünkü mitinqlə bağlı məlumat yayıb.

“Qafqazinfo”ya idarədən daxil olan məlumata görə, aksiyada heç bir insident yaşanmayıb:

“Noyabrın 9-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, İslam, həmçinin Müsavat, Xalq partiyalarının, eləcə də bir sıra digər müxalifətyönümlü qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 700 (yeddi yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib”.

COMMENTS