Azərbaycan Respublikası Baş prokuroru Zakir Qaralova Tamara Həmidovanın (Əliyevna) cinayət tərkibli əməllərinin ört-basdır edilməsi ilə bağlı müraciət edildi
Ölkə qanunları Tamara Həmidovanın (Əliyevna) istədiyi kimi idarə olunur?
Tamara Həmidovanın (Əliyevna) maraqlarını müdafiə edən böyük güclərin ifşası
Sirr deyilki, Azərbaycan da əngəlirli sahələrdən biri torpaq biznesidir.Son illərbu “sektorda” ixtisaslaşmış xüsusi qruplar fəaliyyət göstərir. Yuxarıda irələrdə özlərinə himayədarlar tapan belə qruplar müxtəlif vasitələrlə, qanunsuz yollarla böyük əraziləri ələkeçirməklə böyük məbləğ də var dövlət qazanmağa müvəffəq olublar. Xüsusilə paytaxtda fəaliyyət göstərən belə qruplar bir çox hallarda hətta strateji əhəmiyyətli obyektlərin yerləşdiyi, tikinti işlərinin aparılması qanunla qadağan olunan əraziləri belə mənimsəməkdən çəkinmirlər. Təbiiki, bu zaman onlara “krışalıq” edənlərində “əməyi” böyükolur.Belə hallarda isə halal haqqı tapdalanan vətəndaşlar nəqədər çalışsalar da, pozulmuş hüquqlarını bərpa edə bilmirlər.Çünki, qanun heç də hamı üçün şah deyil.
Hörmətli cənab baş prokuror!
Ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsində qəti addımlar atılmış, güclü hüquqi baza yaradılmışdır. Tam əminliklə söyləmək olarki, bu gün Azərbaycan dövləti bütün sahələrdə vətəndaşların hüquqlarının qorunmasına ən yüksək səviyyədə təminat verir. Lakin, təəssüflər olsun ki, bir çox məmurlar öz vəzifə səlahiyyətlərindən istifadə edərək bəzən qanunları tapdalamaqdan belə çəkinmirlər. Bu isə öz növbəsində vətəndaşların hüquqlarının pozulması ilə müşayiət olunur. Müxtəlif vasitələrlə öz məqsədlərini reallaşdırmağa çalışan, başqalarının qanuni hüquqlarını tapdalamaq hesabına qanunsuz əməllərini reallaşdırmaq istəyən şəxslərdən biri də vətəndaş Tamara Əliyevna Həmidovadır. Adı müxtəlif qanunsuz torpaq qalmaqallarında hallandırılan T. Həmidova artıq keçmiş əməllərini pərdələmək, iz itirmək məqsədi ilə soyadını, hətta övladının belə soyadını dəyişdirməkdən çəkinməyir. Belə ki, uzun müddət Tamara Əliqızı Həmidova kimi tanınan bu xanım qəflətən Tamara Əliyevna Həmidovaya, oğlu Ağarəhimov İlqar Ağarəhim oğlu isə Ağarəhimoviçə çevrilib. Bu “dəyişikliyin” isə səbəbi birdir: nəyin bahasına olursa olsun, öz qanunsuz əməllərini həyata keçirmək və əvvəlki cinayətlərini, haqqında çıxarılmış məhkəmə qətnamələrini pərdələmək məqsədinə nail olmaqdır. Nəzərinizə çatdıraq ki, Həmidov Cəlal Əli oğlu qəyyumu Həmidova Tamara Əli qızı (Əliyevna) ilə birlikdə Bakı şəhəri, Çobanzadə küçəsi 30 C ünvanında Bakı şəhərinin şərqzonasını içməli su ilə təchiz edən, diametri 1200-1400 mm olan magistral su kəmərlərinin üzərində qanunsuz olaraq fərdi yaşayış evi vəb digər tikililər inşa edib. Cinayət işi üzrə təyin edilmiş ekspertizalar üzrə 05 avqust 2014-cü iltarixli, 13667 nömrəli ekspert rəyinə və mütəxəssis araşdırması barədə 07 noyabr 2014-cü iltarixli 17-3/1473 saylı arayışa əsasən qeyd olunan fərdi yaşayış evinin digər tikililərin həqiqətən magistral su kəmərininü zərində tikilməsi tam sübuta yetirilib. Göstərilən fakt üzrə AR cinayət MƏCƏLLƏSİNİN 222-2.1-ci maddəsi ilə 140080036 nömrəli cinayət işi açılmışdır. İş üzrə təqsirləndirilən şəxs qismində Həmidova Tamara Əliqızı (Əliyevna), zərərçəkmiş şəxs qismindəisə “Buxar” KM tanınmışdır. Yuxarıda sadaladığımız faktlardan və təkzibolunmaz dəlillərdən də aydın olduğu kimi, Tamara Həmidova öz şəxsi maraqları naminə qanunlara məhəl qoymadan paytaxtın böyük bir qisminin su təchizatını təhlükə altında qoyur. T. Həmidova heç bir əsası olmadan dövlət tərəfindən ona fərdi yaşayış evi tikmək məqsədilə ayrılmış ərazidə deyil, AR Torpaq Məcəlləsinin 62-ci maddəsinin tələblərinə uyğun olaraq tikinti aparılması qadağan olunan, mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədilə qısamüddətli istifadəsi mümkün olan ərazidə tikinti işləri aparmışdır. Beləliklə, Tamara Həmidova mühüm dövlət əhəmiyyəti kəsb edən magistral kəmərin üzərində tikinti aparmaqla kifayətlənməyərək qonşuluqda yerləşən “Buxar” KM-nin də ərazisini zəbt etmişdir.
Cənab baş prokuror!
Bir daha diqqətinizə çatdırmaq istəyirik ki, aparılmış bütün yoxlamalar, istintaq tədbirləri tamamilə vətəndaş Tamara Həmidovanın cinayətlərini ortaya çıxarıb. Lakin, indiyə qədər bu qanunsuzluqlara hələki, son qoyulmayıb. Aldığımız məlumatlara əsasən, FHN İstintaq İdarəsi və Elçin Əsədov və Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi baş ədliyyə müşaviri Rasim Hacıyev təkzib olunmaz faktlara baxmayaraq T. Həmidovanın cinayətkar əməllərini ört-basdır etməkdə yardımçı olur. Maraqlıdır ki, aparılmış bütün araşdırmalar, təhqiqatlar T. Həmidovanın cinayət əməlləri törətdiyini təsdiq etdiyi halda bəzi məmurlar hansı əsaslarla və yaxud hansısa maraqları naminə onu himayə edir?
Əgər sabah paytaxtın böyük qismini su ilə təchiz edən magistral kəmərdə hər hansı qəza baş verərsə, adlarını çəkdiyimiz şəxslər bunun məsuliyyətini daşıyacaqlarmı?
Cənab baş prokuror!
Baş vermiş bu qanunsuzluqlarla bağlı redaksiyamızda geniş araşdırmalar aparılıb. Bizə məlum olan son məlumatlara əsasən, Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi baş ədliyyə müşaviri Rasim Hacıyevvə FHN İstintaq İdarəsi və şəxsən Elçin Əsədov vəzifə səlahiyyətlərindən istifadə edərək T. Həmidovanı himayə edir, onun qanunsuz əməllərinə baxmayaraq cəzasız qalmasına şərait yaradır. Ortada kifayət qədər faktların olmasına baxmayaraq, Rasim Hacıyevin və Elçin Əsədovun belə bir şəxsi himayə etməsinə nə ad vermək olar?
Jurnalist araşdırmalarından sonra T. Həmidova cəzasızlığından istifadə edərək öz səhvlərini düzəltmək, cinayətkar əməllərinə son qoymaq əvəzinə haqqımızda məhkəməyə şikayət etmişdir. Azad sözün boğulmasına, mətbuata təzyiqlərə hesablanmış bu addım demokratik inkişaf yoluna qədəm qoymuş ölkəmizdə ancaq təəssüf hissi doğurur.
İnanırıqki, şəxsən bu faktı nəzarətə götürəcək, günahkarların layiqli cəzalarınıalmasına yardımçı olacaqsınız.
NicatMahmudov
COMMENTS