Cəlilabad rayonunda baş verən qanunsuzluqlar sözün əsl mənasında böyük narazılıqlarla qarşılanıb.
Fəal sosial şəbəkə istifadəçilərinin məlumatlarına görə Cəlilabad RİH başçısı Rafiq Cəlilov rayona rəhbər təyin edildikdən sonra kütləvi şəkildə örüş torpaqları müxtəlif insanlara saxta sənədlərlə satılıb. Əlbətdə ki, qanunsuz satılan örüş torpaq sahələri bir başa icra başçısı deyil, məhz icra nümayindələrinin satdığı hər kəsə məlumdur. Onu da bildiririk ki, göstəriş R. Cəlilovdan gəlib. Sakinlər daha sonra iddia edirlər ki, rayonun Qarağac kəndin örüş sahələri satılıb və hasara alınıb. Bununla bağlı aidiyyəti qurumlar məsələ qaldırıb ki, hasar dərhal sökülməli və örüş sahələri kənd sakinlərinə qaytarılmalıdır.
Əfsüslər olsun ki, bu günə kimi heç bir göstəriş yerinə yetirilməyib. Görünür, icra başçısı inadından dönmək fikrində deyil. Amma bir faktı qeyd edə bilkərik ki, oxşar hadisələr Abşeron rayon Mehdiabad qəsəbəsində baş vermişdir. Toplanan materiallar əsasında Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanmış, icra nümayindəsi həbs edilmişdir. Baş verən olaylardan nəticə çıxartmaq əvəzinə, vəzifə səlahiyyətlərindən daha geniş istifadə edənlər hələ də qəflət yuxusundan ayılmır.
Cəlilabad rayonunda qeydə alınan özbaşınalıqlar diqqətimizdədir və dövlət qurumlarına daha geniş məlumatlar verəcəyik.
Bizi izləməyi unutmayın…
DOSYE.ORG
COMMENTS