Top.Mail.Ru

Baş Prokurorluq Gəncədə keçirilən əməliyyat haqda

Baş Prokurorluq Gəncədə keçirilən əməliyyat haqda

Bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsində guya əməliyyat tədbirləri keçirilməsi nəticəsində bir sıra vəzifəli şəxslərin saxlanılması ilə bağlı informasiyalar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə virtualaz.org-a bildirib ki, DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin 2015-2017-ci illərdə yol verdikləri qanun pozuntuları barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb: “Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəri ilə cinayət işi başlanıb, hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Cinayət işinin təfərrüatları barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə yaxın zamanda əlavə məlumat veriləcək”.

***23:45

Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərində əməliyyat keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib ki, ƏƏSMN-nin Kəpəz rayon Dövlət Sosial Müdafiəsi İdarəsində keçirilmiş daxili audit nəticəsində aşkar olunan qanun pozuntularına hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilib.

Müraciət əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərində əməliyyat keçirilib. Əməliyyat tədbirləri nəticəsində ƏƏSMN-nin Kəpəz rayon Dövlət Sosial Müdafiəsi İdarəsinin rəis müavini Bəyalı Xəlilov və orada çalışan daha bir nəfər – Elçin Ələkbərov saxlanılıblar.

Onlar işlərində ciddi nöqsanlara yol verməkdə və vətəndaşlara saxta yolla ünvanlı sosial yardım təyin etməkdə şübhəli bilinirlər.

DSMF-nin Kəpəz rayon Şöbəsinin rəisi Ülfət Əhmədov isə tutduğu vəzifədən azad olunub.

DOSYE.ORG

COMMENTS