Baş redaktor məhkəməyə verildi

Müştərilərinə qarşı əsassız tələblər irəli sürən “Səlahiyyətli KİA Servis Mərkəzi” məhkəmə qarşısında əməllərinə necə don geyindirəcək?!

 

Həmkarımız, Olaytv.az saytının baş redaktoru Ramin Məhəmmədoğlu KİA Servis Mərkəzində üzləşdiyi qanunsuz tələblərlə bağlı KİV-də etdiyi çıxışlarına görə məhkəməyə verilib. Məlumat üçün bildirək ki, həmkarımız R. Məhəmmədoğlu yarım il əvvəl idarə etdiyi şəxsi “KİA Cerato” avtomobili ilə avtoqəzaya düşmüşdür. Baş redaktorun idarə etdiyi avtomobil “Atasığorta” şirkətinə “kasko” sığorta olunub.

 

Baş vermiş yol nəqiliyyat hadisəsi zamanı avtomobilə dəyən zərərə görə sığorta şirkəti 11 250 manat hesablayaraq bank hesabına köçürüb.Bundan sonra avtomobil Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bəşir Bünyadov küçəsi-11 ünvanda yerləşən KİA Servis Mərkəzinə təmirə dayandırılıb.

 

Lakin üstündən xeyli müddət keçsə də, Servis Mərkəzi üzərinə götürdüyü öhdəliyi qismən yerinə yetirib və sonradan bu öhdəlikdən imtina edib. Servis Mərkəzinin səlahiyyətlisi Mustafa Şaplı müşdəridən əlavə 6000(altı) min manat rüşvət tələb edib.

 

Məhz bu səbəbdən də Ramin Məhəmmədoğlu ilə servis səlahiyyətlisi arasında narazılıq yaranır. Həmkarımız nə qədər səylər göstərsədə ki, bu anlaşılmamazlığı aradan qaldıralar, qarşı tərəf isə buna imkan vermir. Belə olduğu təqdir də Ramin Məhəmmədoğlu ölkə başçısına və KİA Servisin Azərbaycandakı rəhbərliyinə müraciət ünvanlayır.

 

Və üzləşdiyi haqsız tələblərə görə bir sıra KİV-də çıxışlar edir. Məhz elə bu üzdəndə həmkarımız servis tərəfindən məhkəməyə verilib. Maraqlıdır, görəsən KİA Servis məhkəmə qarşısında müşdəriyə qarşı irəli sürdüyü əsassız tələblərinə necə don geyindirəcək? Bax, bu çox maraqlıdır!

 

Ramin Məhəmmədoğlu elə hesab edir ki, KİA Servisin belə bir addım atması, yəni bu məsələni məhkəmə müstəvisinə çevirməsi, onların özlərinin sudan quru çıxmasına hesablanıb.

 

Həmkarımız bildirir ki, kütləvi informasiya vasitələrində çıxışlarım bir başa mənim özümün KİA Servisdə üzləşdiyim əsassız tələblərdən irəli gələn məsələlərdi. KİV-də dərc olunan informasiyalar hansısa mənbələrin fikirlərindən yaranmayıb.

 

Artıq beş aydır ki, avtomaşınım servisdə təmirə qayandırılıb və hələ də bu günə qədər ordadır. Yalnız KİA Servis hər vəcdlə çalışacaq ki, özlərini “təmizə” çıxarsınlar. Bu onların “axırıncı yoludur. Çünki artıq bu məsələ öz ədazəsini itirib.

 

Bununla bağlı dəfələrlə ölkə prezidentinə müraciətlər etmişəm və xahiş etmişəm ki, KİA Servisin bu əsassız tələblərinə son qoyulsun. Əks halda KİA Servisin özbaşınalığı davam edərsə, sonuncu dəfə ölkə vətəndaşlığından imtina edəcəyim haqqda xarci səfirliklərə müraciət edəcəyəm. Çünki buna məni təhrik edirlər.

 

Hesab edirəm ki, servis bu məsələni qarşılıqlı həll etməkdə maraqlı olmacaq.

COMMENTS