“Başakşehir” “Gent”lə heç-heçə etdi, “Sivasspor” uduzdu

“Başakşehir” “Gent”lə heç-heçə etdi, “Sivasspor” uduzdu

Bu gün Konfrans Liqasının 1/8 finalının ilk oyunlarına yekun vurulub.

Qol.az xəbər verir ki, ikinci oyun günündə 7 matç keçirilib.

Pley-offda “Qarabağ”ı mübarizədən kənarlaşdıran Belçika “Gent”i evdə Türkiyə “Başakşehir”i qəbul edib və 1:1 hesablı bərabərə qalıb. “Sivasspor” isə “Fiorentina”nın qonağı olub və 0:1 hesabı ilə uduzub.

Həmçinin bugünkü oyunlardan “Şerif” – “Nitsa” görüşünü Əliyar Ağayevin rəhbərlik etdiyi Azərbaycandan olan hakimlər briqadası idarə edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 1/8 finalın daha 1 ilk oyunu martın 7-də keçirilib. “Latsio” evdə AZ-yə uduzub – 1:2. Bu mərhələnin cavab görüşləri martın 16-da oynanılacaq.

UEFA Konfrans Liqası, 1/8 final, ilk oyunlar

9 mart

21:45. AEK (Kipr) – “Vest Hem” (İngiltərə) – 0:2
Qollar:
 Antonio, 36, 45+2

21:45. “Anderlext” (Belçika) – “Vilyarreal” (İspaniya) – 1:1
Qollar:
 Triqueros, 28 (0:1), Dreyer, 57 (1:1)

21:45. “Şerif” (Moldova) – “Nitsa” (Fransa) – 0:1
Qol
: Amraoui, 45+3

00:00. “Bazel” İsveçrə) – “Slovan” (Slovakiya) – 2:2
Qollar
: Amdouni, 6 (1:0), Medvedev, 17 (1:1), Zeqiri, 40 (2:1), Abubakari, 70 (2:2)

00:00. “Fiorentina” (İtaliya) – “Sivasspor” (Türkiyə) – 1:0
Qol:
 Barak, 69

00:00. “Gent” (Belçika) – “Başakşehir” (Türkiyə) – 1:1
Qollar:
 Okaka, 16 (0:1), Orban, 35 (1:1)

00:00. “Lex” (Polşa) – “Yurqarden” (İsveç) – 2:0
Qollar: 
Miliç, 39, Marçvinski, 82

7 mart

“Latsio” (İtaliya) – AZ (Niderland) – 1:2

COMMENTS