Başçının birinci müavini bazar açıb – Beyləqanda

Beyləqanda icra başçısı başçısının birinci müavini Telman Məstanov haqda xəbərlər yayımlanıb.

İdeologiya.az sonolay.org-a istinadən bildirir ki, T.Məstanov rayon idarəçiliyində əsas söz sahibi olmaqla yanaşı həm də ciddi biznes strukturları qurmağı bacarıb. Beyləqan rayonu Mərkəzi Bazarda özü və qardaşları üçün əlverişli biznes mühiti yaradıb.

Birinci müavinin Mərkəzi bazarda 10-a yaxın obyektlərinin olduğunu bildirən mənbə, həmin obyektlərin hər birinin 200-300 manata icarəyə verildiyini qeyd edir. Bundan əlavə Mərkəzi bazarın qarşısındakı taxta materiallarının satışı obyekti də məhz T.Məstanova məxsusdur.

Hələ Beyləqan RİH başçısının aqrar məsələlər üzrə müavini vəzifəsində işləyərkən geniş imkanlara yiyələnən Məstanov həmin vaxt təkcə subsidiya əməliyyatlarından fantastik məbləğdə pullar qazanıb.

Torpaq sahələrini sənəd üzərində məqsədli şəkildə artıraraq (məsələn, 10 ha torpaq sahəsini 20 ha. Yazmaqla) hər hektara 40 manatdan nəzərdə tutulan məbləği mənimsəyib. Müvafiq orqanların bu xüsusda araşdırma aparmasına ehtiyac olduğunu söyləyən mənbə həmin təhqiqatlardan sonra ortaya daha ciddi korrupsiya əməllərinin çıxacağına inanır.

COMMENTS