Rusiya Müdafiə Nazirliyi ötən gün Qarabağdakı sülhməramlı əməliyyatlar zonasındakı vəziyyətə dair bülletenində Azərbaycan ordusunun “danışıqlardan sonra” guya Xocalı inzibati rayonunun Fərrux kəndi istiqamətindəki mövqelərindən çəkildiyi barədə iddiaların əksinə olaraq həmin kənddə Azərbaycan bayrağının qaldırılmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
“Fərrux kəndini götürdük, bu da Azərbaycan bayrağı. Bayrağımızı ucaldırıq”, – kənddə bayrağımızı ucaldan hərbçilərimizdən biri kadr arxasından qürurla deyir.
Daşbaşı yüksəkliyi və Fərrux kəndi ətrafındakı digər yüksəkliklər uğrunda 1-ci Qarabağ müharibəsində şiddətli döyüşlər getmişdi. Azərbaycan döyüşçüləri gah kəndin özünü, gah yüksəklikləri düşməndən azad etsə də orada möhkəmlənə bilməmişdi. Ağdam şəhəri həmin yüksəkliklərdən müntəzəm olaraq “Qrad” və artilleriya atəşləri altında saxlanılırdı.
DOSYE.ORG
COMMENTS