Bayramov-Mirzoyan görüşü: XİN məlumat yaydı

Bayramov-Mirzoyan görüşü: XİN məlumat yaydı

Skopyedə (Makedoniyanın paytaxtı – red.) ATƏT nazirlərinin konfransı çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılmır.

Yenisabah.az “Azadlıq” radiosuna istinadla xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.

Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan bir gün əvvəl Şimali Makedoniyanın paytaxtına gedib və orada artıq bir sıra görüşlər keçirib, o cümlədən ABŞ dövlət katibi Antoni Blinken və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellə görüşüb.

C. Bayramov da hazırda Makedoniyada bir sıra görüşlər keçirir.

COMMENTS