Top.Mail.Ru

BBC rəhbərini ölümlə hədələyirlər

London polisi BBC rəhbəri Toni Hallın ölümlə təhdid edilməsi ilə bağlı məlumatı araşdırır.

BBC-nin baş direktorunu populyar “Top Gear” proqramının aparıcısı Ceremi Klarkson vəzifəsindən kənarlaşdırıldıqdan sonra hədələməyə başlayıblar.

“The Mail on Sunday” qəzeti xəbər verir ki, hədəli məktublar ötən çərşənbə günü elektron poçtu ilə göndərilib.

BBC rəhbərliyi Klarksonun öz həmkarlarından birinə əl qaldırması ilə əlaqədar onunla mövcud kontraktı uzatmamaq qərarına gəlib.

COMMENTS