BDYPİ-də problemlər həllini tapmır ki, tapmır… və yaxud Vaqif Əsədovu bu yola vadar edən nədir?

BDYPİ-də problemlər həllini tapmır ki, tapmır… və yaxud Vaqif Əsədovu bu yola vadar edən nədir?

Son günlər Baş Dövlət Yol Polis İdarəsində aparılan bəzi islahatlar cəmiyyətimiz tərəfindən alqışla qarşılandı.

Söhbət Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış Şöbəsinin rəisi, polis polkovniki Mübariz Şahbazov və Dövlət Yol Polisinin İmtahan-qeydiyyat şöbəsinin rəisi Müşviq Rəhimovdan gedir. Xatırladaq ki, hər iki şəxs haqqında ölkə mətbuatı kifayət qədər faktlara söykənən məlumatlar dərc edib. Lakin bütün göstərilən nöqsanlar bü günə kimi araşdırılmamış və yuxarıda adı hallanan yüksək rütbəli polis əməkdaşları öş şəxsi maraqları naminə kifayət qədər vəsait toplamağı baçarmışdır. Bütün bunları nəzərə alan Daxili İşlər Naziri cənab Vilayət Eyvazov M. Şahbazovu və M. Rəhimovu vəzafədən azad etdi. Lakin bu o demək deyil ki, bu gün sözügedən qurum tam şəffavlığla işini icra edir. Onuda qeyd edək ki, göstərilən nöqsanlar adı hallanan şəxslərə aidir. Azərbaycan polisi cəfakeş və sabitliyin qorunmasında müstəsna xidməti olan orqandır. Ən azından bunları qeyd etməmək haqsızlıq olardı.

Bunlardan əlavə ən qlobal məsələ YPX-nin bəzi əmakdaşları sürücülərlə normal davranış qaydalarına riayət etmir. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov isə “gah nala, gah da mıxa” murmağla telekanallara və özünün şəxsi saytlarına müsahibə verməklə işini bitmiş hesab edir. Bir zamanlar elə V. Əsədovun işində verdiyi ciddi nöqsanlara görə “təntənəli” sürətdə polis orqanlarından xaric edilmişdir. Güya, FHN-də mətbuat xidməti vəzifəsinə təyinat alacağını söyləyən V. Əsədov ümumiyyətlə həmən dövlət orqanına yaxın buraxılmadı. Keçmişi xatırlatmaqda məqsəd odur ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov istər nazirliyi, istərsədə rəhbərliyi dolayısı yolla aldadır. Məhz onun atdığı addım YPX-nin əməkdaşları ilə sürücülər arasında müəyyən problemlər yaradır. Dosye.org olaraq bir daha bildiririk ki, BDYPİ-də aparılan islahatlar bir mənalı olaraq alqışlanır. Bu sahədə rüşvətin tüğyan etməsi və rəhbərliyə məlumat verilməməsi əlbətdə ki, ictimayətlə əlaqələr şöbəsinin rəisi birbaşa məsüliyyət daşıyır. Növbəti yazılarımızda adını hallanmağını istəməyən sürücülərin YPX-nin əməkdaşları tərəfindən necə şantaj edilməsi ilə bağlı silsilə yazılarımızı dərc edəcəyik. İnanırıq ki, Daxili İşlər Naziri cənab Vilayət Eyvazov məsələni şəxsən nəzarətə götürəcək və adı hallanan şəxslərlə bağlı dərindən araşdırma aparılmasına göstəriş verəcəkdir.

Araşdırmalar davam edir. Bizi izləməyi unutmayın…

DOSYE.ORG

 

COMMENTS