Belarusda azərbaycanlı iş adamı itkin düşdü

Belarusda azərbaycanlı iş adamı itkin düşdü

Belarusun Qorki şəhərində əslən Azərbaycanın Goranboy rayonundan olan 1970-ci il təvəllüdlü Akimov Əlikram Səməd oğlu itkin düşüb.

Belarus KİV-lərinin yaydığı məlumata görə,  Ə.Akimov bir həftədir yaşadığı evdən çıxıb və bu günə qədər geri qayıtmayıb. Onunla bağlı hələ də məlumat yoxdur. Milis itkin düşən azərbaycanlının axtarışı ilə məşğuldur. Qeyd edək ki, Ə.Akimov kiçik bizneslə məşğul olub.

DOSYE.ORG

COMMENTS