Belarusda taktiki təlimlər başlayır

Belarusda taktiki təlimlər başlayır

Aprelin 9-da Belarusda döyüş atışlı taktiki təlimlər başlayacaq.

DOSYE.ORG Belarus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, təlim aprelin 11-dək davam edəcək.

Təlim Belarus Silahlı Qüvvələrinin hərbi hissələrinin döyüş hazırlığının kompleks sınaqları çərçivəsində Vitebsk, Qrodno, Brest və Mogilyov vilayətlərindəki keçiriləcək.

Belarusun Müdafiə Nazirliyi vurğulayıb ki, bu, ölkənin silahlı qüvvələrinin döyüş hazırlığının yoxlanılmasında əsas mərhələdir.

COMMENTS