Belaruslular “Batya”nı devirmək üçün yenidən meydanlara axışdı – 100 minlik aksiya…

Belaruslular “Batya”nı devirmək üçün yenidən meydanlara axışdı – 100 minlik aksiya…

Belarusda Lukaşenkonun əleyhinə çoxminli etiraz aksiyası başlayıb.

Polşada siyasi mühacirlərin idarə etdiyi “Nexta” teleqram-kanalının məlumatına görə Minskdə 100 min nəfər aksiyada iştirak edir. Etirazçılar “Minsk-Qəhrəman şəhər” abidəsinin yanına toplaşıblar.
Aksiyanın başlamazdan əvvəl güc strukturları bir sıra küçələri bağlayıb və meydanı əhatəyə alıb.
Müxalifət bu günkü aksiyaya xüsusi əhəmiyyət verir. Bu gün müxalifət lideri Svetlana Tixanovskayanın hakimiyyətə verdiyi ultimatumun müddəti bitir. O, Lukaşenkoya 10 gün ərzində istefaya getməyə çağırmışdı. Əgər bu tələb yerinə yetirilməsə etirazçılar kütləvi tətil elan edəcəklər.
DOSYE.ORG

COMMENTS