Belçika Kiyevdəki səfirliyini yenidən açır

Belçika Kiyevdəki səfirliyini yenidən açır

Belçika Ukraynanın paytaxtı Kiyevdə səfirliyini yenidən açmağa hazırlaşır.

Bu barədə Belçika xarici işlər naziri Sofi Vilmes bildirib.

Martın əvvəlində Rusiyanın Ukraynaya müdaxiləsindən bir həftə sonra Belçika səfirliyi təhlükəsizlik vəziyyətindəki dəyişikliklərlə əlaqədar bağlanıb və əməkdaşları təxliyə edilib.

Bildirilir ki, Belçika Ukraynanı dəstəkləməyə davam edəcək və Avropa İttifaqının qərarı ilə Ukraynaya ayrılan 500 milyon avroluq üçüncü hərbi yardımın tədarükünə diqqət yetirəcək.

DOSYE.ORG

COMMENTS