Benzema və Valbuena milliyə çağırılmadı

Benzema və Valbuena milliyə çağırılmadı

Fransa millisinin futbolçuları Kərim Benzema və Matye Valbuena İngiltərə və Almaniya ilə yoxlama oyunları üçün yığmaya çağırılmayıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, millinin baş məşqçisi Didye Deşam hər iki oyunçuya dəvət göndərməyib. O, bu qərarı ilə bağlı deyib:

“Valbueno psixoloji cəhətdən yaxşı vəziyyətdə deyil. Buna görə də onu heyətə daxil etmədim. Benzema ilə bağlı qərarı məhkəmə verəcək”.

Qeyd edək ki, K.Benzema M.Valbueanı intim videosu ilə şantaj etməkdə təqsirli bilinir.

COMMENTS