“Qarabağ”ın futbolçusu Yassin Benzia zədələnib.
Bu barədə Qol.az saytına açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib. O, 28 yaşlı yarımmüdafiəçinin təxminən 15-20 gün müddətində yaşıl meydanlardan kənarda qalacağını qeyd edib:
“Yassin Benzia zədələnib. Onda 2-ci dərəcəli əzələ dartılması aşkarlanıb. Benzia təxminən 15-20 gün oynaya bilməyəcək”.
Xatırladaq ki, fransalı futbolçu ötən gün Misli Premyer Liqasının 33-cü turunda “Qəbələ” ilə matç (3:0) üçün iştirak ərizəsinə daxil edilməmişdi. O, daha əvvəl fevral ayında da zədələnmişdi və 1 ay yaşıl meydana çıxmamışdı.
COMMENTS