Benzinin bahalaşması həyacan yaratdı

“Premium Avro-95” benzini Azərbaycana xaricdən idxal olunur və onun qiyməti dövlət tərəfindən tənzimlənmir. “Qafqazinfo” AzerTac-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası məlumat verib.

Məlumatda qeyd olunur ki, ötən ilin dekabrın 2-də avtomobil benzininin pərakəndə satış qiymətləri Aİ-92 markalı benzin üçün 70 qəpik, Aİ-95 markalı benzin üçün 80 qəpik müəyyən olunub. Həmçinin Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli qərarına əsasən, ölkəyə idxal olunan Avro-5 ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına aid edilməyib. Bu, “Premium Avro-95” və “Super Avro-98” benzininin daxili bazarda sərbəst qiymətlərlə satışına imkan verir.

Qeyd edək ki, ölkəyə xaricdən gətirilən “Premium Avro-95” benzininin qiyməti 4 qəpik artaraq 97 qəpik olub. Qiymət artımına istehsalçı ölkələrdə və dünya bazarında neftin qiymətində baş verən bahalaşmanın təsir göstərdiyi bildirilir.

COMMENTS