Top.Mail.Ru

Beqoviç yenə milliyə çağırılmadı

Beqoviç yenə milliyə çağırılmadı

Bosniya və Herseqovina millisinin Avro-2020-nin seçmə mərhələsində İtaliya və Lixtenşteynlə oyunlar üçün  heyəti açıqlanıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Robert Prosineçki “Qarabağ”ın qapıçısı Asmir Beqoviçi növbəti dəfə milliyə dəvət etməyib. Xorvatiyalı mütəxəssis “Ərzurumspor”da çıxış edən “Qarabağ”ın sabiq üzvü İbrahim Şehiçi, “Maribor”dan Kenan Piriçi və “Hapoel”dən (Hayfa) Jasmin Buriçi yığmaya çağırıb.

Prosineçki daha öncə Beqoviçin “Qarabağ”da oynayacağı halda, milliyə dəvət alacağını demişdi. 32 yaşlı qolkiper Ağdam klubunda mütəmadi oynasa da, bu dəfə də yığmaya çağırılmayıb.

DOSYE.ORG

COMMENTS