Berti Foqtsun mətbuat konfransının vaxtı dəyişdirildi

Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun mətbuat konfransının vaxtı dəyişdirilib.

 

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlunun apasport.az saytına verdiyi məlumatına görə, sentyabrın 2-də, Moskva şəhərindəki “Yekaterinski Holl” otelində baş tutacaq tədbir 1 saat geri çəkilib.

Belə ki, tədbir yerli vaxtla 16:30, Baki vaxtı ilə 17:30-da başlayacaq.

Qeyd edək ki, sentyabrın 3-də “Arena Ximki”də keçiriləcək Rusiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da start verəcək. Görüşü özbəkistanlı referi Rövşən İrmatov idarə edəcək.

COMMENTS