Beyləqan sakini icra başçısından prezidendə ŞİKAYƏT etdi

Beyləqan sakini icra başçısından prezidendə ŞİKAYƏT etdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Surəti: YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevaya

Beyləqan şəhər sakini S.İmrəliyev küçəsi ev 12-də yaşayan Mehtiyev Zakir Əjdər oğlu tərəfindən

                                                             Ə r i z ə  

Yazıb Sizə bildirirəm ki, Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev haqqında son zamanlar müxtəlif mövzularda yazılar yazılır. İnternet saytlarında, “Rublika.az”-da 29.04.2016-cı il tarixli Beyləqanın İcra başçısı professor Vaqif Abdullayevin İşdə Məhəbbət Macərası-Səcidə Sadıqova ilə başçını bağlayan tellər, 03.05.2016-cı il tarixli “Azerinews.org”-da Şok! RTŞ müdiri icra başçısını xəstəxanalıq etdi – Beyləqanda razbolka başlıqlı yazılmış yazı, 04.05.2016-cı il tarixli Özəl Sonolay Org Analitik İnformasiya Agentliyində Bələdiyyə sədri 822 hektar torpaq sahəsini necə mənimsəyib? Eləcə də Beyləqan şəhər Bələdiyyəsinin sədri Novruz Quliyev şəhid ailələrinə onlara ayrılmış pulların verilməyəcəyini deyir sərlövhəli yazı, 14.05.2016-cı il tarixli QAYNARİNFO.Az-da Beyləqanda şəhidin yas mərasimindəki qalmaqala REAKSİYA başlıqlı yazı, 14.05.2016-cı il tarixli liderinfo.az-da Beyləqan rayon İcra başçısı əyyaşlıqla məşğuldur – sakinlər deyir sərlövhəli yazı, 14.05.2016-cı il tarixli XALQXEBER.az-da Beyləqan icra başçısı Vaqif Abdullayev 59 yaşında kabinetdə içdi və… İLGİNC TƏFƏRRÜAT sərlövhəli yazı, 14.05.2016-cı il tarixli Gündəminfo.az-da Beyləqan rayonu restorandan idarə olunur sərlövhəli yazıları oxuyanda məndə icra başçısına qarşı nifrət yarandı.

Özüm-özümə sual verdim ki, görəsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu yazılanlardan xəbəri var? Nəyə görə yazılanlara əlaqədar Sizə məlumat verilmir? Bu ilin aprel ayında qəzetdə yazılanlar kimi 4 günlük müharibədə vətən torpağını düşməndən qəhrəmancasına qoruyan və işğal altındakı torpaqlarımızı geri alarkən şəhid olan əsgərlərimizin dəfni rayonlarda izdihamla, həmçinin yerli icra hakimiyyətlərinin iştirakı ilə keçirilib. 10 aprel tarixində düşmən təxribatlarının qarşısını alarkən şəhid olan Beyləqan rayonu Bolsulu kənd sakini Cavadzadə Şahin Yaşar oğlunun yas mərasiminin rayon icra başçısı Vaqif Abdullayevlə şəhidin yaxınları arasında yas çadırında əməlli-başlı mübahisə yaranıb. Ancaq, icra başçısı və şəhər bələdiyyəsi onları incitməklə, Qaynar.info-da 14 may 2016-cı il tarixli məqalədəki kimi şəhidin yas mərasimində də qalmaqal yaradırlar. Bələdiyyə sədri onlara ayrılmış pulların verilməyəcəyini bildirir. Buna nə ad vermək olar.

Qalmaqalda adı hallanan Beyləqan İcra Hakimiyyətindən hələ ki, qeyd olunan mövzu ilə bağlı mövqe bildirilmədiyi göstərilir. 2015-ci ildə Beyləqan rayonunda olan şəhidlər abidəsində 56 min manatlıq təmir işləri aparıldığı bildirilir. Bunlar yazmağa yer tapmadılar? Nəyə görə şəhidlərimizin ruhuna toxunurlar.

Mənə İcra hakimiyyətindən göndərilmiş 02 iyul 2015-ci il tarixli 3/M-3-012 saylı məktubda may ayında hər hansı işin görüldüyü göstərilmir. 13 noyabr 2015-ci il tarixli 3/M-3/5-008 nömrəli məktubda şəhidlər abidəsində görülən işlərə 56 min manatlıq vəsait xərcləndiyi göstərilmədiyi halda 6 ay sonrakı məktubda bu qeyd edilir.

Şəhidlərimizin ruhunu incitmək olmaz.

Buna heç kimin haqqı yoxdur.

Bu yazılanların hamısı doğru yazılardır. Əgər, yanlış yazılar olsa idi İcra başçısı V.Abdullayev və şəhər bələdiyyəsinin sədri N.Quliyev yazılanlar haqda öz mövqelərini bildirərdilər.

Siz V.Abdullayevi rayona icra başçısı təyin edibsiniz. 2012-ci ildən hazırki vaxta kimi ailəsi rayonda olmayıb. Bunun havadarı kimdir. Bunu rayona göndəribsiniz. O da bldiyini edir. İşdə məhəbbət macərası, iş otağında içki içməklə məşğuldur. İcra hakimiyyətini restorandan idarə edir.

Aprel ayında Lələtəpə yüksəkliyində üç rəngli bayrağımızı görəndə gözüm yaşardı. Bayrağımızın Sizin sayənizdə Şuşada, Laçında və digər torpaqlarımızda tezliklə ucalacağına əmin oldum. Fəxrlə deyirəm ki, Sizin daxili və xarici siyasətiniz bunu deməyə əsas verir. O gün yaxındadır.

Ancaq Ölkə.Az-da Beyləqan şəhəri 1 və 4 №-li məktəblərdə 90 minlik tualetin açılışında dövlət himnimiz də səsləndirilib sərlövhəli yazını oxuyanda, ANS-də göstərildiyini görəndə bir anlıq fkirləşdim, dedim icra başçısı çaşıb. İcra başçısı tualetin açılışında iştirak edir, burada təntənəli surətdə qırmızı lent kəsilir, dövlət himni səsləndirilir. Buna nə ad vermək olar. Himnimizə bu cür hörmətsizlik olmaz. Bunu edənlər layiqli cəzasını almalıdı. Bunlar icra başçısının siyasi savadının zəif olduğunu bildirir.

Beyləqan rayonunu başdan ayağa gəzsəniz heç bir yerdə tualet (ayaqyolu) görməyəcəksiniz. Çayxanada çay içən, parkda gəzən ayaqyolu olmadığından tez bir zamanda evinə getməyə tələsir. Yoxsa onun başına daha pis işlər gələ bilər.

90 minlik vəsaitə rayonun müxtəlif yerlərində heç olmasa 10 dənə tualet (ayaqyolu) tikdirmək olar.

İcra başçısı tendersiz stadion tikdirdi. Qeyd edim ki, bu stadion şəhid Elsevər Şükürovun adınadır. O, Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə “Hərbi xidmətlərə görə” medalı” ilə təltif edilmişdir. Ölümündən sonra.

Bu cür yarıtmaz iş kimə lazımdır. Stadion çökdü. Günahkar cəzasız qaldı.

Vəsaiti bu cür talamaq olmaz. Həmin stadionun açılışında cənab Prezident Siz iştirak etmişdiniz. Stadionun giriş qapısını səhər saat 9^00-dan axşam saat 6^00-a qədər bağlayırlar. Onda belə bir sual yaranır: Stadoin nədən ötəridir – Kimə lazımdır?

Rayon sakinləri nə vaxt idmanla məşğul olmalıdır. Stadion kimdən ötrü tikilib. Burada məqsəd nədir. Beyləqan şəhərinə ayrılan vəsait icra başçısı və şəhər ərazi nümayəndəsi B.Balakişiyev tərəfindən talanır.

Həmin vəsaitə Beyləqan rayonunda onlarla küçəyə asfalt örtük qoymaq olardı. Beyləqan şəhərində 80-ə qədər küçə var. Bu küçələrdən 25-30-na eni 3,5 metr olan asfalt qoyulub. Bu cür asfalt qoyulması Respublikada yoxdur. Qalan küçələr bərbad vəziyyətdədir. Xahiş edirik bu haqsızlığın qarşısını alasınız. Yoxsa az bir zaman ərzində şəhər Beyləqan xarabazarlığına dönəcəkdir.

Sizin tapşırığınız əsasında Azərbaycan Respublikasının Təhsil naziri cənab Mikayıl Cabbarov, Beyləqanın Millət vəkilləri Sənan İsmayılov və Çingiz Qənizadə Beyləqan sakinləri ilə görüşdü. 05 fevral 2016-cı il tarixli iclasa bizləri buraxmadılar. Bizi aldadıb ərizələrimizi aldılar. Guya Sizə çatdıracaqlar. İclasdan sonra bizi qəbul edəcəyini nazir söyləsədə icra hakimiyyətinin qarşısında 2 saat bizi gözlətdi. Binanın arxasından heç kimə bir söz demədən qaçıb getdi. Bu məmur özbaşınalığı deyilsə bəs nədir. İctimai nəzarətə məhəl qoyan yoxdur. Rayonda heç bir iş görülmür.

Cənab Prezident!

Yeni Sözçü qəzetinin 22 iyul 2015-ci il tarixli 24-cü sayında Sizin “köməkçilərim bəzi məlumatları gizlətməyə çalışır, amma mən saytları oxuyuram” sərlövhəli yazını oxudum. Gecdə olsa təsəlli tapdım.

Köməkçi bəzi məlumatları gizlətməyə çalışır. İcra başçısı Sizə yazılmış (ünvanlanmış) məktublarımın Sizə çatmasının qarşısını alır.

2 il 2 ay müddətdə Sizə ünvanladığım şikayət və ərizələrimin heç birinə cavab almamışam.

Kiminsə haqqında hansısa məlumat gedəndə deyirik ki, əcəba belə insan olar. 90 minlik əhalisi olan rayonun İcra hakimiyyətinin başçısı haqqında məlumatlar, internet saytında bu qədər yazılar gedir. Mən İcra başçısının haqsızlığını, vəsaitin kor-koranə talamasını, Beyləqan şəhərinin bu günə salınmasını bir ayna kimi göstərdim

Rayonu 1 nəfərə görə güdaza vermək olmaz. Onun haqqında tədbir görülməsinin vaxtı çatıb. Sizdən kömək gözləyirik. Xahiş edirəm məni qəbul edəsiniz.

Beyləqan rayon sakini Z.Ə.Mehtiyev

COMMENTS