Beynəlxalq Media və Araşdırmalar Mərkəzi: “İnsanlığa örnək ola biləcək bir mesaj!”

Beynəlxalq Media və Araşdırmalar Mərkəzi yeni layihəyə start verdi. Bu layihəni biz Qazaxıstan Azərbaycan Media Körpüsü olaraq reallaşdırmaq qərarına gəlmişik. Layihənin sədri Qazaxıstanın Mərkəzi Bakıda yerləşən Dünya Türk Gəncləri Birliyinin Demokratiya və İnsan Haqları Koordinatoru Nurgali Jusipbaydır. 

Beynəlxalq Media və Araşdırmalar Mərkəzinin mətbuat katibliyindən verilən məlumata görə, Qazaxıstan Azərbaycan Media Körpüsü türk dünyası arasında böyük nailiyyətlər əldə edəcək. QAMK projesinin sədri Nurgalı Jusipbayın rəhbərliyi ilə Xocalı soyqrımının 23 ili ilə əlaqədar Qazaxıstanda “Qanlı Xocalı Həqiqətlər”i adı altında sayt fəaliyyətə başlayıb. Saytda Xocalı həqiqətləri Qazax dilində dərc olunaraq, ictimaiyyətə çatdırılır. Nurgalı Jusipbayın sözlərinə görə, gələcəkdə saytın Azərbaycan, rus və ingilis dillərində də fəaliyyəti nəzərdə tutulur:
“ Xocalı və qarabağ məsələsi sadəcə Azərbaycan türklüyünün məsələsi deyil, hətta sadəcə türk dünyasının məsələsi deyil. Bu məsələ əslində bütün insanlığın məsələsi və bütün insanlığın faciəsidir”.

Beynəlxalq Media və Araşdırmalar Mərkəzi Qazaxıstan Azərbaycan Media Körpüsü kimi önəmli bir projeləri ilə daim dövlətə və dövlətçiliyə xidmət edəcək layihələrlə iki dövlət arasındakı siyasi, mədəni, media və digər əlaqələrin möhkəmlənməsinə öz dəstəyini verəcək.
Dəyərli vətənpərvər türkçümüz və Qazaxıstan kimi qüdrətli bir dövlətin mahir qələm ustası Nurgalı Jusipbayın Xocalı ilə bağlı bütün dünya ictimaiyyətinə nümunəvi bir addımını sizlərin diqqətinə çatdırdıq. Xocalı faciəsinə həsr olunan bir sayın açılışı bir Qazaxıstan jurnalistinin faciədə ölənləri anmaq üçün insanlıq və ədalət adına evrə biləcəyi ən böyük töhvədir!

COMMENTS