İdman növlərin içində ən parlaq və maraqlısı təbii ki, futboldur. Mənim fikrimdir və fikrimdə də qətiyəm…
Sözün həqiqi mənasında futbol azərkeşi olmaq özü bir qəhrəmanlıqdır. Nə üçün QƏHRƏMANLIQ? Bəli, bu idman növü dünyanın bütün istiqamətlərində çox yüksək səviyyədə inkişaf edməklə bir növ biznesə çevrilib. Hegamon dövlətlərin istər kulubların, istərsədə milli komandaların oyunlarını televiziya kanallarından izlədikdə stadionda nə qədər tamaşaçının olduğu görməmək olmur. Əlbətdə ki, milyonlar gəlir gətirən bu idman növü nə üçün bizim ölkədə axsayır? Təbii ki, kifayət qədər misallar gətirmək olar. Uşaq futbolu və digər maxinasiyalar bəs qədərdir desəm yanılmaram. Keçək mətləbə!
Bu gün Sumqayıt şəhər Mehdi Hüseynzadə adına stadionda AFFA-nın təşkilatçılığı ilə U-10 Liqasının oyunları keçirilirdi. AFFA prezidenti Rövnəq Abdullayev və Baş katib Elxan Məmmədov meydançanın hansı vəziyyətdə olduğunun şahidi olsaydılar bəlkədə bir az təsəlli olacaqdı.Yenə də Ulu Tanrının verdiyi canları sağ olsun. Əslində, bugün ki, mövzü meydança deyil U-10 Liqasında çıxış edən komandaların baş məşqçiləridir.
Diqqətimi çəkən Xızı Təhsil – Əlincə FK (Masazır) futbol komandaları arasında keçirilən oyun oldu. Meydançanın digər hissəsində isə ayrı komandaların yarışı keçirilirdi. Əvvəlcə Xızı Təhsili- Əlincə(Masazır)komandaları arasında keçirilən futbol oynu haqqında. Deməli, U-10 Liqasında mübarizə aparan”Xızı Təhsili” futbol komandasının baş məşqçisi, tabeçiliyində olan futbolçuları təhqir etməkdən çəkinmirdi. Yəni, söyüşün biri bir qəpikdən hesablasam bəlkədə AFFA-nın büdcəsindən 5 dəfə artıq olar əksiy olmaz.
Bir halda ki, təhsilin adı ilə azərkeş önünə çıxırsa deməli digər komandalardan fərdi keyfiyyətləri ilə seçilməlidir. Ən azından təlim-tərbiyə yüksək səviyyədə olmalıdır. Çünki, gələcəyimiz olan bu yeniyetmələr həm milli komandamızı, həm də xarici dövlətlərdə ölkəmizi layiqincə təmsil edə biləcək gücə malikdirlər. Lakin bu günki mənzərə demək olar ki, övladlarını sevə-sevə izləməyə gələn valideyinləri dəhşətə gətirdi.
Sadəcə əxlaqdan kənar olacaq deyə və eyni zamanda tərbiyəmə uyğun olmadığı üçün tam açıqlama vermirəm. Hara baxır AFFA nümayindələri? Tamaşaçı qismində izləyən valideyinlərin dediklərinə görə, hətta “Xızı Təhsili” futbol komandasının baş məşqçisi(adını dəqiqləşdirə bilmədim)sərxoş vəziyyətdə olub. Özünü idarə edə bilməyən “müəllim” rəqib komandanın baş məşqçisini “söhbət” etməyə dəvət edirdi. Görünür, içkinin təsiri o qədər yüksək olub ki, “müəllim” futbol meydançasını döyüş meydançası ilə qarışdırıb. Bir faktı qeyd etməmək nadürüstlük olar.
“Əlincə(Masazır)” komandasının baş məşqçisi tərbiyəsinə uyğun hərəkət edərək səviyyəsini qorudu. Və “həmkarına”(əgər həmkar demək olarsa)uşaqlar və valideyinlər önündə nəzakətli olmağına çalışırdı. Bundan sonra məsələyə asayişi qoruyan polislər müdaxilə etdilər. Bu an digər meydançada iki komanda arasında keçirilən oyunda qol vuruldu. Sadəcə dəhşət! Baş məşqçi nələr yapdı, aman Allah….
Sual yaranır. Kimdir futboldan anlayışı, tərbiyyəsi olmayan şəxsləri AFFA yığan? Məgər bu gedişlə uşaq futbolu inkişaf edəcəkmi? Axı, valideyinlər sizə inanır, etibar edir, ay “müəlimlər”…
Yenədə üzümü AFFA baş bilənlərinə tutub deyirəm, gəlin izləyin və neqativ hallara özünüz qiymət verin. Anlayıram, Kosova- Azərbaycan Milli komandaları arasında keçirilən futbol oynu sizi yaman hiddətləndirib. Keçmiş olsun…
Elman Nigaran
COMMENTS