Bıçaqla yaralanan sürücü sükan arxasında ölüb – FOTO

Türkiyənin Kocaeli bölgəsində yolun kənarına aşan avtomobilin sürücüsü bıçaqlanmış halda tapılıb. 
 
Musavat.com xəbər verir ki, polis, qarnında və boğazında bıçaq yarası olan 27 yaşlı Əmrə Vurmazın yaralandıqdan sonra hadisə yerindən qaçarkən öldüyünü ehtimal edir. 
 
İddialara görə, Ə.Vurmaz naməlum bir yerdə bıçaq davasına qarışıb. Onu bədəninin müxtəlif yerlərindən bıçaqla ağır yaralayıblar. Ə.Vural maşınına minərək, oradan uzaqlaşıb. Lakin çoxlu qan itirdiyi üçün özünü xəstəxanaya çatdıra bilməyib və sükan arxasında ölüb. 

COMMENTS