Biləsuvar rayon Məşğulluq Mərkəzinə qarşı ŞOK İDDİA-VİDEO

Biləsuvar rayon Məşğulluq Mərkəzinə qarşı ŞOK İDDİA-VİDEO

Sahil Babayevin Biləsuvarda etimad göstərdiyi şəxs ifşa edildi.

Biləsuvardan olan vətəndaşlar ƏƏSMN-nin  yerli məşğulluq şöbəsinin rəisi Mübariz Mustafayevdən narazıdırlar.

Ölkə prezidentinə , hüquq-mühafizə orqanları başçılarına ünvanlanan çoxsaylı şikayətlərdə Sahil Babayevin  vəzifəyə təyin etdiyi şəxsin korrupsioner əməllərindən bəhs olunur.

Dosye.org xəbər verir ki, Biləsuvar rayonunun Ovşubərə kənd sakinləri Hüseyn Süleymanov və İsmayıl İsmayılıv bu haqda jurnalistlərə ətraflı danışıblar.

Qeyd ediblər ki, hazırda Məşğulluq şöbəsinin sədr əvəzi olan Mübariz Mustafayev qanunsuz əməllərinə görə sabiq nazir  Səlim Müslümov tərəfindən işdən çıxarılıb. Ancaq Sahil Babayevin gəlişindən sonra yenidən “etimad” qazanıb.

Biləsuvarda məşğulluq şöbəsində baş verənlər haqda video süjetdən izləyin.

DOSYE.ORG

 

P.S. Qeyd edək ki, deyilənlərə  qarşı tərəfin münasibətin öyrənmək istəsək də M. Mustafayev  bundan imtina etdi.

 

COMMENTS