Top.Mail.Ru

Biləsuvar rayonunda dövlət tenderlərini KİMLƏR UDUR? – İLGİNC SİYAHI

Biləsuvar rayonunda dövlət tenderlərini KİMLƏR UDUR? – İLGİNC SİYAHI

2019-cu ildə Biləsuvar rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 4 milyon 428 min manat məbləğində 18 tender keçirilib.

FED.az-ın məlumatına görə, ən çox tender keçirən qurum Biləsuvar Regional Mədəniyyət İdarəsi olub. Mədəniyyət İdarəsi 7 tenderə 327 min manat xərcləyib.
Keçirdiyi tenderlərin ümumi mələği ən çox olan Biləsuvar rayon İcra Hakimiyyəti olub. İcra hakimiyyəti ümumi məbləği 3 milyon 681 min 310 manat olan 5 tender keçirib.

Rayon üzrə ən çox tender qazanan şirkətlər “Masal-944” MMC, “Xumar-98” firması, “Ayzberq-M” MMC şirkətləridir.

“Ayzberq-M” MMC 4 tenderə 352,5 min manat; “Xumar-98” firması 2 tenderə 187 min manat; “Masal-944” MMC 4 tenderə 118,9 min manat məbləğində qazanıb.

“Perlit” MMC, “Cənub Təmir Tikinti -1 ” MMC rayon üzrə ən böyük məbləğli tenderləri qazanan şirkətlərdirlər.

“Cənub Təmir Tikinti -1 ” MMC 1 tenderə 2,8 milyon manat qazanıb. Tender “Milli Qəhrəman Mübariz İbrahimov küçəsinin abadlaşdırılması və müasir şəhərsalma prinsiplərinə uyğun yenidən qurulması işləri” üzrə keçirilib.

“Perlit” MMC 2 tenderə 754,5 min manat qazanıb.

Bundan başqa rayonda Biləsuvar Suvarma Sistemləri İdarəsi və Biləsuvar rayon Polis Şöbəsi dövlət satınalma müsabiqələri keçiriblər.

DOSYE.ORG

Biləsuvar rayonunda dövlət tenderlərini KİMLƏR UDUR?

Biləsuvar rayonunda dövlət tenderlərini KİMLƏR UDUR?

Biləsuvar rayonunda dövlət tenderlərini KİMLƏR UDUR?

COMMENTS