Biləsuvarda 27 yaşlı qadın qarpızdan zəhərlənərək öldü

Biləsuvarda 27 yaşlı qadın qarpızdan zəhərlənərək öldü

Biləsuvarda 27 yaşlı Cəmilə Əlizadə qarpızdan zəhərlənərək ölüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, C.Əlizadə dünən axşam saatlarında xəstəxanaya kritik vəziyyətdə gətirilub. Yaxınları bildiriblər ki, qadın qarpız yeyəndən sonra zəhərlənib. Xəstəyə mümkün tibbi yardımlar göstərilsə də, o, səhər saat təxminən 05:30-da ölüb. Faktla bağlı rayon hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Nazirlikdən əlavə ediblər ki, mərhumun yaxınları ölümün səbəbinin müəyyənləşdirilməsi məqsədilə meyitin Məhkəmə Tibbi-Ekspertiza və Potoloji Anatomiya Birliyinə təhvil verilməsinə qəti etirazlarını bildiriblər. Buna görə də ölümün dəqiq səbəbini müəyyənləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS