Top.Mail.Ru

Biləsuvarda aksiya: Veteranlar Prezidentdən kömək istəyir- VIDEO

Biləsuvarda aksiya: Veteranlar Prezidentdən kömək istəyir- VIDEO

Biləsuvar rayonunda şəhid ailələri, müharibə veteranları etiraz aksiyası keçirib.

Yenisabah.az-a daxil olan məlumata görə, rayonun Səmədabad kənd sakinlərinin etiraz aksiyasına səbəb onlara verilmiş əkin torpaqlarının əllərindən alınmasıdır. Müharibə veteranları, şəhid ailələri əkin torpaqlarının qaytarılması üçün Prezident İlham Əliyevdən dəstək istəyiblər.

“İşsizlikdir, kənddə yaşayan insanlar təsərrüfatla dolanmalıdır. Əkməyə yerimiz yoxdur, nəylə dolanaq? Bu, veteranların torpaqlarıdır. Kəndin veteranlarının, şəhid ailələrinin, əlillərin torpaqları satılıb. Biz rayon İcra Hakimiyyətinin başcısı Mahir Quliyevin əlindən əziyyət çəkirik. Prezidentdən xahiş edirik, bizə kömək eləsin, torpaqlarımız əlimizdən getməsin”, -deyə aksiya iştikaçıları bildirib.

DOSYE.ORG

[/youtube]

COMMENTS