Ötən gün “Binəqədi rayonunda qanunsuz tikintiyə kim nəzarət edir?” başlıqlı məqalı dərc etmişdik. Redaksiyamıza daxil olan məlumatlara görə Binəqədi rayonu 9-cu mikrarayon Adil Məmmədov küçəsində qanunsuz tikinti ilə bağlı heç bir tədbir görülməmiş, əksinə, aidiyyətli qurumlar obiyekt sahibinə daha da işin tez bitməsi üçün köməklik göstərmişdir.
Bir daha nəzərinizə çatdıraq ki, göstərilən ünvanda obiyekt qeyri-qanuni tikilir və heç rəsmi sənədi mövcüd deyil. Belə olan halda dərhal FHN və digər qurumlar hərəkətə keçməli, təcili olaraq tədbir görməlidir. Ona görə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yuxarıda göstərilən obiyektlə bağlı, yəni fotoda gördüyümüz ağacların məhv edilməsini əsas gətirərək obiyekt sahibinə akt tərtib etmişdir.
DOSYE.ORG olaraq məsələ ilə bağlı Binəqədi RİH-dən mövqe öyrənməyə çalışdıq. Əfsüslər olsun ki, telefon zənglərimiz bir mənalı şəkildə cavabsız qaldı. Nəticə etibarı ilə onu qeyd edə bilərik ki, Şəhərsalma və Arxitektura Komitəsi hansı qanunla sahibkara “dabro” əmri verib. Və yaxud, Binəqədi rayon icra hakimiyyəti nə qədər rüşvət muqabilində sənədi olmayan obiyektin tikintisinə icazə verib?
DOSYE.ORG
P.S. Məlumat saytımızda yayımlandıqdan sonra özünü obiyekt sahibi kimi qələmə verən şəxs təkidlə yazının silinməsini tələb etdi. Lakin qanun şahdır prinsipini nəzərə alıb, qarşı tərəfin diqqətinə çatdırdıq ki, mövqeyinizi göndərdikdən sonra məsələyə yenidən baxılacaq.
COMMENTS