Binəqədidə daha bir kazinonun fəaliyyəti sübüta yetirildi

Ötən yazılarımızda kazinolarla bağlı geniş tənqidi məqalələrimiz dosye.org saytında dərc edilmişdir. Qeyd edək ki, “İcra başçısının gizli qumarxanalarını kim idarə edir?” başlıqlı məqalə göstərdiyimiz faktlara əyani sübütdür.

Dərin araşdırmalardan sonra məlum oldu ki, Binəqədi rayonu, 7-ci mikrarayon , 1260-ci keçid , 69 ünvanda “VİP CLUB” da kazino fəaliyyət göstərir. Bu barədə digər sayt Qafqaz Xəbər Agentliyi də məlumat yayaraq bildirmişdir ki, göstərilən ünvanda qumarxana, bir neçə il əvvəl A.R CM-nin 234.1 maddəsi ilə məhkum olunan Vüsal Rzayev adlı şəxsə məxsusdur.

Ölkədə kazinoların fəaliyyətinə qadağa qoyulan bir vaxtda Vüsal Rzayev kazinonun “dabro”su 100 manata başa gəldiyi bildirilir. Digər bir məlumatda isə bildirilir ki, bu məsələdə Binəqədi İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun razılığı əsasında kazinonun təhlükəsizliyinə qaranti verilib. Məsələ ilə bağlı Binəqədi icra hakimiyyəti ilə telefon əlaqəsi saxlamağa çalışdıq. Əfsüslər olsun ki, cəhdlərimiz baş tutmadı.

Lakin yuxarıda göstərilən Binəqədi rayonu, 7-ci mikrarayon , 1260-ci keçid , 69 ünvanda “VİP CLUB” adlı kazino diqqətimizdə saxlamaqla yanaşı, kazinonun fəaliyyəti ilə bağlı hüquq mühafizə orqanlarına rəsmi məktub ünvanlayacağımız istisna edilmir. Növbəti yazılarımızda Binəqədi rayon Polis İdarəsinin Rəisi Namiq İsmayılovun mövqeyini dərc etdikdən sonra birbaşa Daxili İşlər Naziri cənab Ramil Usubova məktub ünvanlanacaq. Bizi izləyin..

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

Dosye.org

COMMENTS