Binəqədidə liftdən meyit tapıldı

Binəqədidə liftdən meyit tapıldı

Binəqədidə liftdən meyit tapılıb.

DOSYE.ORG Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Bakı Regional Mərkəzinin xilasetmə qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti liftdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

COMMENTS