Binə hava limanı bağlanır

Binə Hava imanındakı köhnə terminal gələn aydan etibarən fəaliyyətini dayandıracaq.

Bunu milli.az-a “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin mətbuat katibi Məhərrəm Səfərli bildirib.

Onun sözlərinə görə, dekabr ayının 1-dən etibarən bütün reyslər yeni inşa olunmuş terminaldan həyata keçiriləcək.

Qeyd edək ki, hazırda yeni aeroportdan yalnız AZAL-a məxsus reyslər üçün istifadə olunur.

COMMENTS