Binəqədi İcra Hakimiyyətindən AÇIQLAMA: “Bəli, nümayəndələrimiz istintaqda dindirilir, həbs olunan yoxdur”

“Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən yanğınla bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin heç bir üzvü həbs olunmayıb”. Modern.az saytına danışan Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova bildirib ki, hadisə ilə kimlərsə dindirilə bilər, amma heç kim həbs olunmayıb:

“Yanğınla bağlı yaradılan komissiyanın dünən keçirilən iclasında Baş prokuror şəxsən özü bildirdi ki, aidiyyəti qurumların hər bir nümayəndəsi istintaqa cəlb olunub istintaq daxilində sorğu-sual olunacaq. Bu adi bir haldır. Bir ölkə miqyaslı faciə baş verib. Hamımız bu faciənin ağırlığını daşıyırıq. Əgər günah sübut olunarsa, günahkar varsa, hamımız cəza çəkməyə hazırıq. Amma istintaqa cəlb olunma, istintaqda sorğu- sual olunmaq ayrı-ayrı məsələlərdir. Həbs olunmaq isə ən son versiyadır.

Yarım saat öncə mən Təsərrüfat şöbəsinin sədri Ədalət Rəcəbovla görüşmüşəm. Əlbəttə o, da sorğu-sual olunacaq. Amma həbs olunmayıb.

Hadisə baş verən gündən mütəmadi olaraq İcra Hakimiyyətinin adidyyatı nümayəndələri (Təsərrüfat şöbəsinin və Mənzil-kommunal istismar sahəsinin nümayəndələri) dindirilir. Baş prokurorluğun qarşısına yaxınlaşıb suallara cavab verənləri həbs olundu adı ilə yazıblar. Hələ ki, araşdırma gedir”.

COMMENTS