İngiltərə Futbol Federasiyası Premyer Liqanın 28-ci turunda keçirilən “Nyukasl” və “Mançester Yunayted” matçında yaşanan qalmaqalla bağlı qərarını açıqlayıb.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, İFF “Nyukasl”ın hücumçusu Papis Sisse və “Mançester Yunayted”in müdafiəçisi Conni Evansı cəzalandırıb.
Buna hər iki futbolçunun oyun zamanı bir-birinə tüpürmələri səbəb olub. Həmin görüşlə araşdırmalara başlayan İFF-nın İntizam Komitəsi Evansı 6, Sisseni isə 7 oyunluq cərimələyib.
Qeyd edək ki, “Nyukasl” – “Mançester Yunayted” oyunu qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb – 0:1.
COMMENTS