Top.Mail.Ru

Bir dəqiqə belə gözləyə bilmərik – Türkiyədən Suriya açıqlaması

Bir dəqiqə belə gözləyə bilmərik – Türkiyədən Suriya açıqlaması

“Türklərin, kürdlərin və ərəblərin həyatları təhlükədədir”

“Suriyanın PKK işğalına yox, yerli rəhbərliyə ehtiyacı var”. Dosye.org AzNews.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezident Aparatının Kommunikasiya Şöbəsinin rəhbəri Fəxrəddin Altun “Twitter” səhifəsində Suriyadakı vəziyyətlə bağlı yazıb.

O, Türkiyənin niyətinin açıq olduğunu bildirib:

“Sərhəddimizdəki terror dəhlizini aradan qaldırmaq. Kürd xalqının düşməni olan PKK ilə mübarizə aparmaq. İŞİD-in yenidən güclənməsinin qarşısını almaq. Suriyanın PKK işğalına yox, yerli rəhbərliyə ehtiyacı var. PKK-nın nəzarətində olan ərazilərdə etnik təmizləmə apardığını və hər cür müxalifəti, xüsusilə kürd demokratları aradan qaldırdığını bir çox beynəlxalq insan haqları təşkilatı qəbul edir. SDQ/YPG/PKK-nın İŞİD-lə mübarizədə Türkiyədən daha etibarlı olduğunu düşünənlər üçün bir xatırlatma edim. SDQ/YPG/PKK Trampın geri çəkilmə qərarının ardınca 3 min 200 İŞİD məhkumunu azad etməyi müzakirəyə çıxarmışdı. Türkiyə indiyə qədər Suriyada terrorla mübarizə mövzusunda çox səbrli və müttəfiqlərlə paralel hərəkət etdi. Bundan sonra Türkiyə bir dəqiqə belə gözləyə bilməz. Türklərin, kürdlərin və ərəblərin həyatları təhlükədədir. PKK-dan xilas edilən ərazilərdə terroristlərin işğalı əvəzinə Türkiyə tərəfindən təmin edilən xidmətlər olacaq. “Zeytin Dalı” və “Fırat Kalkanı” əməliyyatları Türkiyənin bütün suriyalılar üçün rəhbərlik və təhlükəsizlik baxımından yaxşı nümunə olduğunu göstərir”.

DOSYE.ORG

COMMENTS