Bir həftə sonra öləcəyini bilirdi, amma… – Anadan inanılmaz hərəkət

Bir həftə sonra öləcəyini bilirdi, amma… – Anadan inanılmaz hərəkət

ABŞ-da baş verən bir hadisə eşidənləri şoka salıb.

Dosye.org  Publika.az-a istinadla xəbər verir ki, “Mirror” qəzetinin yazdığına görə, Krista Devis adlı qadın doğulduqdan bir neçə gün sonra öləcəyini bildiyi halda, körpəsini dünyaya gətirmək qərarına gəlib.

Xəbərə görə, Devis cütlüyü beyninin bir hissəsi olmadığı üçün körpənin tezliklə öləcəyini bilirdi. Lakin digər orqanları salamat idi. Ana körpəsinin orqanlarını bağışlamaq üçün onu dünyaya gətirib.

Cütlüyün Ruley adını verdiyi körpə yalnız 1 həftə yaşayıb. Ancaq onun orqanları digər iki körpəyə həyat verib. Körpənin ağciyəri isə bir araşdırma mərkəzinə göndərilib.

Dosye.org

COMMENTS