Birinci Qarabağ müharibəsi əlillərinə sevindirici xəbər

Birinci Qarabağ müharibəsi əlillərinə sevindirici xəbər

13 mindən artıq I Qarabağ müharibəsi əlilinə birdəfəlik ödəmələr verilib. Ödəmələrin ümumi məbləği 80 milyon manat təşkil edir.

Qaynarinfo xəbər verir ki, bunu DSMF-nin idarə heyəti sədrinin müavini Zəka Mirzəyev “Xəzər Xəbər”ə bildirib.
Birdəfəlik ödəməni almaq üçün müraciət edən şəxslərin diqqət etməli olduğu məqamlar var. Belə ki, yalnız 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular dəstək proqramından yararlana bilər.
1997-ci ildən sonra müharibədə xəsarət alan şəxslərə isə o halda ödənişlər verilir ki, onların vaxtilə aldıqları məbləğ bu günkü birdəfəlik ödəmə üçün müəyyən edilən müvafiq məbləğlərdən aşağı olsun.

DOSYE.ORG

COMMENTS